Firdovsi Əliyevdən, Daşkəsən, Azərbaycan
10 aprel 2020, 14:15
Çox hörmətli Mehriban xanım.
Ölkəmizdə koronavirusla bağlı vəziyyət möhtərəm Prezidentimizin və Sizin ciddi nəzarətiniz altındadır. Koronavirusun Azərbaycanda geniş yayılmaması, əhalinin sağlamlığının qorunması üçün bütün lazımi addımlar atılır, qabaqlayıcı tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. Hazırda bütün dünyada böyük həyəcana səbəb olan koronavirusla bağlı ölkəmizdə pandemik vəziyyət müşahidə olunmur.
Görülən qabaqlayıcı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiq edir. Buna görə Sizlərə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əliyev Firdovsi Muxtar oğlu.
Azərbaycan Respublikası, Daşkəsən rayonu.