Elşad Əliyevdən, Bakı, Azərbaycan
Text size


10 aprel 2020, 13:30
Cənab Prezident.
Azərbaycan xalqına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Tapşırığınıza əsasən tibbi maska istehsalı avadanlığı və xammal qısa müddətdə Azərbaycana gətirildi. Dezinfeksiya vasitələrinin də istehsalına başlanılması, bu işlərin qısa müddətdə ərsəyə gəlməsi Sizin qətiyyətli addımlarınızın nəticəsidir.
Gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi qorusun. Özünüzü qoruyun, cənab Prezident. Siz Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının yanındasınız. Sizinlə qürur duyuruq.
Hörmətlə,
Əliyev Elşad Məzahir oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.