Xatirə Həmidova və başqalarından, Masallı, Azərbaycan


10 aprel 2020, 10:45
Hörmətli cənab Prezident.
Bütün dünyanı bürüyən və sarsıdan, misli görünməmiş COVID-19 infeksiyasına qarşı uğurlu mübarizə aparan ölkələrdən birində yaşadığımız üçün çox xoşbəxtik. Buna görə Sizə, eləcə də Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımızı və dəstəyimizi bildiririk.
Şübhəsiz ki, pandemiya ilə mübarizədə uğura aparan yolda Sizin bu günlərdə böyük humanistlik göstərərək bu virusa həddindən artıq həssas olan və yaşları 65-dən yuxarı 176 məhbusu əfv etməyiniz ölkəmizdə yoluxma hallarının azalması və xalqımızın sağlamlığı istiqamətində gördüyünüz səmərəli tədbirlərdən biridir. Qardaşımın da əfv edilən məhkumlar arasında olması bizi xüsusən sevindirdi.
Cənab Prezident, Qurbanovlar ailəsi adından Sizə sonsuz təşəkkürlərimizi bildirir, möhkəm cansağlığı, bütün işlərinizdə, xüsusən də indiki çətin dövrdə xalqımızın sağlamlığı və rifahı uğrunda apardığınız mübarizədə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Həmidova Xatirə Xalıq qızı
Qurbanov Şair Xalıq oğlu
Qurbanov Mahir Xalıq oğlu
İbadova Məlahət Xalıq qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.