Malik Şükürov və Babil Həsənovdan, Daşkəsən, Azərbaycan
02 aprel 2020, 15:00
Çox hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının Azərbaycan vətəndaşlarının sağlamlığına daha çox zərər vurmaması və ölkəmizdə kütləvi yayılmaması üçün atdığınız addımlar və verdiyiniz dəyərli tövsiyələr bizə böyük köməkdir. Bunun sayəsində COVİD-19 infeksiyasının ölkəmizdə yayılma sürəti digər ölkələrlə müqayisədə nisbətən aşağıdır. İnanırıq ki, bir müddətdən sonra vəziyyət yaxşılığa doğru istiqamət alacaq, bu bəladan tədricən xilas olacağıq.
Pandemiya ilə mübarizə tədbirləri Azərbaycanın etibarlı əllərdə olduğunu bir daha göstərdi.
Biz birlikdə güclüyük və birlikdə bu virusa qalib gələcəyik.
Dərin hörmət və ehtiramla,
Şükürov Malik Bəylər oğlu
Həsənov Babil Musa oğlu
Azərbaycan Respublikası, Daşkəsən rayonu.