Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda və 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
01 aprel 2020, 17:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1524-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli 998 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 42; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “2015‒2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2.3-cü yarımbənddə “alimlər” sözü “alim və tədqiqatçılar” sözləri ilə əvəz edilsin;
1.2. 5.2.16-cı yarımbənddə “alimləri” sözü “alim və tədqiqatçıları” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1689; 2018, № 5, maddə 1066; 2019, № 6, maddə 1085) ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017‒2021-ci illərdə” Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 5.10.2-ci yarımbəndin “Tədbirin adı” sütununa “alim” sözündən sonra “, tədqiqatçı” sözü əlavə edilsin;
2.2. 5.10.3-cü və 5.10.5-ci yarımbəndlərin “Tədbirin adı” sütununda “alimlərin” sözü “alim və tədqiqatçıların” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2020-ci il.