“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
31 mart 2020, 16:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 31-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və” sözləri “mayın 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və aprelin 1-dən 30-dək” sözləri ilə əvəz edilsin.
2. 1-ci hissədə “çağırış gününədək” sözləri “2020-ci il aprelin 30-dək” sözləri ilə, “30-dək” sözləri “mayın 31-dək” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2020-ci il.