Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya
Text size
24 mart 2020, 18:15
Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2020-ci il.