17 mart 2020, 19:00

Könül Əliyevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə əhalinin güzəranının yaxşılaşdırılması daim Sizin diqqətinizdədir. Abşeron rayonuna göstərdiyiniz diqqət və qayğı, insanların rifahının yüksəldilməsi üçün atdığınız hər bir addım yerli sakinləri sevindirir. Yeni yaşayış massivlərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mütəmadi olaraq işlər görülür, əhalinin elektrik enerjisi, içməli su və təbii qazla dayanıqlı və etibarlı təminatı üçün lazımi tədbirlər həyata keçirilir. Yaşadığım Masazır kəndinin əvvəlki və indiki vəziyyətini müqayisədə etdikdə son illər ərzində burada nə qədər böyük işlərin görüldüyünə bir daha şahid olursan. Masazır demək olar ki, şəhər libasına bürünmüşdür.

Əziz Prezidentimiz, xalqın qeydinə qaldığınız üçün Sizə öz adımdan və ailəm adından minnətdarlığımı bildirirəm. Fürsətdə istifadə edərək, Sizi və ailənizi qarşıdan gələn müqəddəs Novruz bayramı münasibətilə təbrik edirəm. Allah hər zaman Sizə xoş günlər, səadət dolu ömür bəxş etsin.

Hörmətlə,

Əliyeva Könül Əliheydər qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.