logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevda Balayevadan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

16 mart 2020, 13:00

Hörmətli cənab Prezident.

Əhalinin rifahının yüksəlməsi məqsədilə gördüyünüz işlərə görə Sizə minnətdarlıq bildirirəm. Sizin gərgin əməyiniz nəticəsində ölkə öz qüdrətini artırır, xalqımız daha yaxşı yaşayır.

Abşeron rayonunda yeni yaşayış massivlərinə qaz xətti çəkilməsi ilə bağlı Sərəncamınız bütün rayon sakinlərinin sevincinə səbəb oldu. Sərəncamın icrası minlərlə insanın daha rahat həyat sürməsinə səbəb olacaq.

Azərbaycan xalqının xoşbəxt həyatının təminatçısı olduğunuza görə Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Balayeva Sevda İsməmməd qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi