Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
21 noyabr 2011, 21:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 112-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Natiq Abbasov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini
Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Xəqani Abdullayev - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini
Tofiq Zülfüqarov - Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Estoniya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2011-ci il.