Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


21 noyabr 2011, 20:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Əhmədov Cabir Sirac oğlu
Kərimov İkram Heydər oğlu
Mahmudov Tapdıq Şükür oğlu
Mehdiyev Rəfail İbrahim oğlu
Rəsulbəyova Nigar İmran qızı
Rzayev Rauf Əhməd Ağa oğlu
Orucov Azər Kəlpəli oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abışov Səfiyar Süleyman oğlu
Babayev Eynur Əli oğlu
Dadaşov Faiq Sərxan oğlu
Dadaşova Rəna Almas qızı
Əbilov Adil Fazil oğlu
Fəraməzov Elşad Atabala oğlu
Hacıyeva Lətafət Adil qızı
Kazımov Kazım Yaqub oğlu
Quliyev Nizami Cavanşir oğlu
Rəsulov Elçin Namiq oğlu
Zamanov Səttar Muxtər oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 noyabr 2011-ci il.