Fehruz Əliyev və başqalarından, Abşeron, Azərbaycan
05 mart 2020, 15:35
Hörmətli cənab Prezident!
Bu günlərdə dünyanın diqqəti Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olaraq keçirilən konfransa yönəlmişdi. Dünyanın ən nüfuzlu dialoq platformalarından sayılan həmin konfransda Siz Ermənistanın baş naziri Nikol Paşinyana siyasi dərs keçdiniz.
Müzakirələri izləyən hər bir kəs Sizin siyasətçi və diplomat kimi dəfələrlə üstün olduğunuzu, müasir siyasətçiyə uyğun mövqe nümayiş etdirdiyinizi gördü. Bu isə bütün Azərbaycan xalqının ürəyini dağa döndərdi, bizdə ruh yüksəkliyi yaratdı. Mənfur qonşularımızın liderinin son dərəcə miskin, zəif və əlacsız durumu hamıda gülüş yaratdı, öz ölkəsində isə hiddətə səbəb oldu.
Bu anları bizə yaşatdığınıza görə var olun, cənab Prezident!
Biz, Abşeron rayonunda məskunlaşan məcburi köçkünlər bütün Azərbaycan xalqı kimi Sizi dəstəkləyirik. İnanırıq ki, Sizin sayənizdə gündən-günə güclənən Azərbaycan işğalda olan torpaqlarını azad edəcək və bu Qələbə Xocalı yarasına məlhəm olacaq. Bütün işlərinizdə Sizə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Əliyev Fehruz,
Nəbiyev Mürvət,
Babayev Surxay,
Əliyev Fəxrəddin,
İsmayılov Həsən və başqaları (cəmi 31 nəfər).
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.