Aliyə İmamquliyevadan, Abşeron, Azərbaycan
20 fevral 2020, 12:00
Hörmətli cənab Prezident.
Bütün sahələrdəki fəaliyyətinizlə bağlı Sizə minnətdarlıq bildirmək istəyirəm. Siz dediyiniz bütün sözlərin arxasında durur, hər bir vətəndaşın Prezidenti olaraq ölkəmizin sakinlərini düşünür, xalqın yaxşı yaşaması üçün çalışırsınız.
Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdəki çıxışınıza görə isə Sizə ayrıca təşəkkür etmək istəyirəm. Tarix və siyasət sahəsində hazırlıqsız olan Ermənistanın baş nazirinin Sizdən aldığı dərs hələ uzun illər onun yaddaşından silinməyəcək.
Bu çıxışınız qarşısında baş əyirəm, cənab Prezident. Bütün sahələrdə göstərdiyiniz fəaliyyəti dəstəkləyir və uğurlara görə minnətdarlıq bildirirəm.
Var olun, cənab Prezident.
Dərin hörmətlə,
İmamquliyeva Aliyə Söhbət qızı
Azərbaycan Respublikası, Abşeron rayonu, Hökməli qəsəbəsi.