Mahir Əliverdiyevdən, Bakı, Azərbaycan
17 fevral 2020, 18:30
Hörmətli cənab Prezident,
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdəki çıxışınız dövlətimizin qüdrətli bir liderə sahib olduğunu bir daha sübut etdi. Kəsərli faktlarla düşmənimizi gülünc və rəzil vəziyyətə saldığınıza görə Sizə eşq olsun!
Bu möhtəşəm çıxışınızdan sonra Azərbaycan xalqı və bütün dünya Ermənistan baş nazirinin düşdüyü vəziyyətə gülür. Sizin bu çıxışınız bizə Qarabağımızı işğaldan azad etmək kimi xoş bir hiss yaşatdı. Vətənimizə, Qarabağımıza görə canımızdan keçməyə hər zaman hazırıq.
Cənab Prezident, Sizinlə qürur duyur və fəxr edirik!
Allah Sizə uzun ömür, cansağlığı bəxş etsin!
Hörmətlə,
Əliverdiyev Mahir Tahir oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.