Orxan Əsədovdan, Bakı, Azərbaycan
17 fevral 2020, 17:00
Möhtərəm cənab Prezident.
Sizi səmimi qəlbdən salamlayır, içdən gələn duyğularımla, məhəbbətimlə minnətdarlıq hislərimi Sizə izhar edirəm.
Fevral ayının 15-də Münxen şəhərində Ermənistan baş naziri ilə keçirilmiş panel müzakirələrində sərgilədiyiniz siyasi bacarıqdan yüksək qürur və fəxarət hissləri keçirdim. Əhatəmdə olan və şəxsən tanıdığım onlarla gənc də mənimlə eyni fikri bölüşür. Onu da qeyd etmək istəyirəm ki, düşmənin təhrifedici və riyakar üslubunu darmadağın etmək üçün atacağınız istənilən addımı bütün varlığımızla müdafiə edirik və Qarabağ məsələsində bütün yollara hazırıq.
Dərin hörmət və ehtiramla,
Əsədov Orxan Vüqar oğlu
Cəbrayıl rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.