İlham Əliyevin “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
Text size
14 fevral 2020, 18:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, ölkələrimiz siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.
Görüşdə vurğulandı ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.
Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı.