Məmməd Məmmədov və başqalarından, Balakən, Azərbaycan


07 fevral 2020, 17:15
Hörmətli cənab Prezident.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun Sizin tərəfinizdən uğurla davam etdirilməsi, cəmiyyətin bütün sahələrini əhatə edən islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında yer qazanıb, iqtisadi inkişaf tempinə görə lider ölkələrdən birinə çevrilib.
Cənab Prezident, kəndimizi rayon mərkəzi, həmçinin digər kəndlərlə birləşdirən, 40 ildən bəri idi təmir olunmayan yolun yenidən qurularaq asfaltlanması həm bizim, həm də qonşu kəndlərin sakinlərinin sevincinə səbəb oldu. Artıq rayon mərkəzinə gediş-gəlişimiz asanlaşıb, əlavə vaxt itkisi aradan qalxıb.
Bölgələrə göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Məmmədov Məmməd
Zurnayev Ömər
Mollayev Şəhmir
Qalayev Aydın
Məmmədova Zemfira.
Azərbaycan Respublikası, Balakən rayonu, Şambul kəndi.