Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
01 fevral 2020, 15:10
Hörmətli cənab Sədr,
Ölkənizdə yeni növ koronavirusun baş qaldırması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər məni olduqca kədərləndirir.
Epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində Çin hökumətinin atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Çin Xalq Respublikası bu bəlanın öhdəsindən layiqincə gələcək.
Əmin ola bilərsiniz ki, bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və biz hər cür yardım göstərməyə hazırıq.
Xəstəliyə düçar olaraq vəfat edənlərin ailələrinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, virusa yoluxanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2020-ci il.