Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
30 yanvar 2020, 10:30
Fransa Respublikasının Prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.
Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bir daha Fransa Prezidentinə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.