logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Text size icon-size icon-size

24 yanvar 2020, 14:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

Görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olundu. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi