İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
15 noyabr 2011, 17:00
Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin və eləcə də enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ölkəsinin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa dair əldə olunan son razılaşmanı alqışladığını bildirdi.