Qlobal Tərəfdaşlıq Forumunun sədri Əmir Dossaldan
Text size
09 yanvar 2020, 14:35
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın uzaqgörən və müdrik rəhbəri kimi Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə sülh, firavanlıq və tərəqqi arzulayıram.
Həmçinin Sizi planetin gələcəyi naminə beynəlxalq müzakirələrin aparıldığı nüfuzlu platformaya çevrilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əldə etdiyi möhtəşəm nailiyyətlərə görə təbrik edirəm.
Hörmətlə,
Əmir Dossal
Qlobal Tərəfdaşlıq Forumunun sədri