Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftiləri Şurasının sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdindən


29 dekabr 2019, 16:40
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftiləri Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Dualarımda Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, Uca Allahdan Sizə xeyirxah təşəbbüslərinizdə kömək olmasını diləyirəm.
Sizin balanslı siyasətiniz, Azərbaycan Respublikasının Konstitusiya əsaslarının qorunub saxlanılmasında və bərqərar edilməsində prinsipial mövqeyiniz sayəsində Azərbaycan mənəvi, intellektual və iqtisadi inkişaf yolu ilə qətiyyətlə irəliləyir.
Hörmətli İlham Heydər oğlu, dua edirəm ki, Uca Allah Sizə, Azərbaycandan olan bütün qardaşlarıma firavanlıq və əmin–amanlıq bəxş etsin.
Amin.
Hörmətlə və xoş dualarla,
Müfti şeyx Ravil Qaynutdin
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftiləri Şurasının
sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü