İvan Prokofyevdən, İsmayıllı, Azərbaycan


25 dekabr 2019, 15:50
Hörmətli cənab Prezident.
Siz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq ümummilli lider Heydər Əliyevin kursunu layiqincə davam etdirərək, Azərbaycanın inkişafı naminə böyük işlər görürsünüz. Sizin məqsədyönlü və müdrik siyasətiniz nəticəsində ölkəmiz dinamik inkişaf edir.
Molokan dini icmasının ağsaqqalları və İvanovka kəndinin sakinləri Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirlər. Biz kəndimizə göstərdiyiniz köməyə və dəstəyə görə Sizə çox minnətdarıq.
Tanrı Sizə möhkəm cansağlığı, ailə səadəti, işinizdə böyük uğurlar bəxş etsin.
Hörmətlə,
İvan Prokofyev və İvanovka kəndinin sakinləri
Azərbaycan Respublikası, İsmayıllı rayonu, İvanovka kəndi