logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan

Text size icon-size icon-size

27 dekabr 2019, 19:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Sizin yüksək peşəkarlığınız, vətəndaş məsuliyyəti hissiniz və öz işinizə sədaqətiniz Azərbaycan Respublikasına inamla rəhbərlik etməyinizə imkan verir. Doğma diyara səmimi sevginiz və əməksevərliyiniz Sizə cəmiyyətdə hörmət və haqlı nüfuz qazandırıb. İnanıram ki, bu keyfiyyətləriniz sayəsində Siz öz vəzifənizdə mütləq daha böyük uğurlar əldə edəcəksiniz.

Bu əlamətdar gündə respublikanız, bütövlükdə Vətəniniz naminə mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə, yeni hədəflərə, nailiyyətlərə, qələbələrə gedən yolda Sizə səmimi qəlbdən uğurlar, nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzu edirəm.

Sizə və ailənizə xoşbəxtlik və əmin-amanlıq diləyirəm.

Dərin hörmətlə,

Əlişir Usmanov

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi