logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü Mladen İvaniçdən

Text size icon-size icon-size

27 dekabr 2019, 18:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram. Əminəm ki, xalqınız və ölkəniz üçün gördüyünüz möhtəşəm işləri uğurla davam etdirəcəksiniz.

Mən dünyada böyük nüfuz qazanmış və Sizin strategiyanıza sadiq olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyi yüksək qiymətləndirirəm.

Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm.

Dərin ehtiramla,

Mladen İvaniç

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq üzvü (2014-2018)

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi