logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayevdən

Text size icon-size icon-size

27 dekabr 2019, 10:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik etmək mənim üçün həqiqətən böyük şərəfdir.

Fürsətdən istifadə edib xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq əlaqələrini qeyd etmək, xüsusilə də bu münasibətləri daha da yaxşılaşdırmaq və möhkəmləndirmək istiqamətində Sizin xüsusi rolunuzu vurğulamaq istərdim. Dəfələrlə qeyd etdiyiniz kimi, Azərbaycan və Qırğızıstan xalqlarını bir-birinə ortaq tarix, dil, din və ortaq mədəniyyətə əsaslanan xüsusi bağlar birləşdirir. Hazırda Qırğızıstanda öz adət-ənənələrini və dillərini qoruyub saxlayan 20 mindən çox azərbaycanlı yaşayır və burada onlar özlərini evlərindəki kimi hiss edirlər.

Biz həm Sizin, həm də himayənizlə qlobal səhnəyə çıxan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə yüksək dəyər veririk.

Əminəm ki, Sizin rəhbərliyinizlə ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək və möhkəmlənəcək.

Comart Otorbayev

Qırğızıstanın sabiq Baş naziri (2014-2015),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi