logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

Text size icon-size icon-size

26 dekabr 2019, 19:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni uğurlar, möhkəm cansağlığı, yaradıcılıq ruhu, xoşbəxtlik, firavanlıq, əziz və yaxın insanların səmimi diqqətini və sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Sergey Narışkin

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi