logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Kingold” qrupunun sədri Çau Çak Vinqdən

Text size icon-size icon-size

26 dekabr 2019, 16:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab İlham Əliyev,

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə firavanlıq diləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri kimi bu təşkilatın fəaliyyətinə dəstək vermək və onun tədbirlərində iştirak etmək mənim üçün şərəfdir. Mən inanıram ki, Sizin böyük dəstəyiniz və himayənizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mədəniyyətlər arasında dialoqun və anlaşmanın təşviqində daha fəal rol oynayacaq və müasir dünyanın üzləşdiyi problemlərin həllinə daha çox töhfə verəcək.

İcazə verin, bir Çin məsəlində deyildiyi kimi, Tanrıdan Sizə dəryalar qədər dərin xoşbəxtlik və dağlar qədər uzun ömür arzulayım.

Hörmətlə,

Çau Çak Vinq

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri,

“Kingold” qrupunun sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi