Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevdən
26 dekabr 2019, 16:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı və diləklərimi qəbul etməyinizi xahiş edirəm.
Liderliyiniz və müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsi olaraq dünya dövlətləri arasında nüfuzunu daha da möhkəmləndirməkdədir.
Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edirəm. Türk Şurasının Sizin sədrliyinizlə Bakıda keçirilən VII Zirvə Görüşünün uğurlu nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratmışdır.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və çoxşaxəli ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Bağdad Amreyev
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, İstanbul şəhəri