İlham Əliyev Latviyanın iqtisadiyyat nazirini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
14 noyabr 2011, 15:00
Prezident İlham Əliyev Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul etmişdir.
Nazir Daniels Pavluts Latviyanın yeni hökumətinin ilk nümayəndəsi kimi Azərbaycana səfərindən məmnunluğunu bildirdi. O, təmsil etdiyi yeni hökumətin Azərbaycan ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Son illər ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan latviyalı nazir əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın Latviya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi işində maraqlı olduğunu dedi. Dövlət başçılarının uğurlu qarşılıqlı səfərlərinin yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev son illər münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini bildirdi. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən olunmuş istiqamətlər üzrə, xüsusilə ticarət sahəsində bir çox investisiya layihələrinin müzakirə edildiyini deyən dövlətimizin başçısı Latviyanın yeni hökuməti ilə də ölkəmizin uğurlu əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirdi.