Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan
25 dekabr 2019, 17:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizi uzun illərdir tanıyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun bütün əməkdaşları da sevinclə mənim bu təbrikimə qoşulurlar.
Hörmətli İlham Heydər oğlu, Azərbaycan Respublikasının lideri kimi Sizin bütün xidmətləriniz ən yüksək qiymətə layiqdir. Sizi tanıyanların hamısı qeyd edir ki, Siz uzaqgörən dövlət xadimi, müdrik rəhbər, öz işinə ürəkdən sadiq olan, vətəndaşlarının rifahı üçün bütün varlığı ilə çalışan insansınız.
İcazə verin, ad gününüz münasibətilə Sizi bir daha təbrik edim. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, nəcib fəaliyyətinizdə sədaqətli məsləkdaşlar və etibarlı dostlar arzulayıram.
Dərin hörmətlə,
Anatoli Torkunov
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki