logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan

Text size icon-size icon-size

25 dekabr 2019, 13:14

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

Siz həqiqətən müasir dövrün ən görkəmli xadimləri sırasına daxil olan, böyük siyasi istedada malik unikal və genişmiqyaslı şəxsiyyətsiniz. Uzun illərdir ki, Azərbaycan Sizin liderliyiniz və müdrikliyiniz sayəsində inkişaf edir və dünyada çox mühüm yer tutur.

Bu əlamətdar gündə Sizə və yaxınlarınıza firavanlıq, xoşbəxtlik, cansağlığı, müvəffəqiyyət və böyük uğurlar arzu edirəm. Sizə və Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Mixail Qusman

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi