“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
23 dekabr 2019, 17:53
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1561-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1397; 2019, № 6, maddə 991) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilsin:
“5.5. ƏMTQ üzrə qiymətləndirici tərəfindən ƏMTQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.”.
2. 8.8-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“ƏMTQ üzrə qiymətləndirici tərəfindən SEQ sənədinə yalan məlumatların daxil edilməsinə yol verilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2019-cu il.