Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

23 dekabr 2019, 17:45

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105; 2012, № 5, maddə 411, № 6, maddə 511; 2013, № 5, maddə 472, № 6, maddə 625, № 11, maddələr 1266, 1307; 2015, № 6, maddə 677, № 12, maddə 1435; 2016, № 5, maddə 836, № 6, maddə 1016, № 11, maddələr 1761, 1763, № 12, maddə 2047; 2017, № 2, maddə 155, № 4, maddə 523, № 5, maddələr 706, 750, № 11, maddələr 1935, 1975; 2018, № 5, maddə 879, № 8, maddə 1672, № 11, maddələr 2209, 2225, № 12, I kitab, maddələr 2524, 2534; 2019, № 1, maddə 23, № 5, maddələr 792, 812, № 7, maddə 1197) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 172.2-ci maddədə “tutulması,” sözündən sonra “övladlığa götürmə,” sözləri əlavə edilsin;

1.2. 347-ci maddə üzrə:

1.2.1. 347.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 347.1.7-ci maddə əlavə edilsin:

“347.1.7. müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi.”;

1.2.2. 347.2-ci maddədə “347.1.1-347.1.6-cı” sözləri “347.1.1-347.1.7-ci” sözləri ilə əvəz edilsin, həmin maddədən “müvafiq icra hakimiyyəti orqanının razılığı,” sözləri çıxarılsın və həmin maddəyə “barədə rəyi,” sözlərindən sonra “həmin ölkələrdə məhkumluğuna və barəsində cinayət təqibinin olmamasına dair sənəd,” sözləri əlavə edilsin;

1.3. 348-ci maddə üzrə:

1.3.1. 348.1-ci, 348.2-ci və 348.2.1-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“348.1. İşi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq icra hakimiyyəti orqanının rəyinin əlavə olunub-olunmadığını yoxlayır.

348.2. Məhkəməyə təqdim edilmiş müvafiq icra hakimiyyəti orqanının rəyinə aşağıdakılar əlavə olunur:

348.2.1. müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) maddi-məişət şəraitinin müayinə aktı;”;

1.3.2. 348.2.5-ci maddədə “valideynlərinin” sözündən sonra “, ögey valideynlərinin, qəyyumunun (himayəçisinin)” sözləri əlavə edilsin;

1.3.3. 348.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“348.2.6. valideyn himayəsindən məhrum olmuş uşağın yerləşdiyi müəssisənin rəhbərinin uşağın övladlığa götürülməsinə dair fikri (rəyi);”;

1.3.4. 348.2.7-ci maddədə “övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda” sözləri “habelə Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülərkən, övladlığa götürülənin və övladlığa götürənin (götürənlərin) müvafiq icra hakimiyyəti orqanında vahid elektron uçotda” sözləri ilə əvəz edilsin;

1.3.5. 348.4-cü və 348.5-ci maddələr ləğv edilsin;

1.4. 349-cu maddədə “iclasında,” sözündən sonra “ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə halları istisna olmaqla,” sözləri əlavə edilsin və həmin maddədən “qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə” sözləri çıxarılsın;

1.5. 350.4-cü maddəyə “müvafiq icra hakimiyyəti orqanına” sözlərindən sonra “və” sözü əlavə edilsin və həmin maddədən “övladlığa götürülən uşaqların uçotu üçün uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına” sözləri çıxarılsın.

Maddə 2. Keçid müddəa

2.1. 2019-cu ilin noyabrın 1-dək övladlığa götürmə ilə bağlı məhkəmələr tərəfindən icraata qəbul edilmiş ərizələrə baxılması zamanı övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanının övladlığa götürmənin əsaslılığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 348.2-ci maddəsinə uyğun olaraq təqdim etdiyi rəyi nəzərə alınır;

2.2. 2019-cu ilin noyabrın 1-dək övladlığa götürmə ilə bağlı məhkəmələr tərəfindən icraata qəbul edilmiş ərizələrə baxılması zamanı bu Qanunun 2.1-ci maddəsində göstərilən orqan tərəfindən övladlığa götürmənin əsaslılığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin təqdim edilmədiyi hallarda, övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəy Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 348.2.1–348.2.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Maddə 3. Bu Qanun 2019-cu il noyabrın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2019-cu il.

SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02