logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Macarıstan Prezidenti Pal Şmittin təkbətək görüşü olmuşdur

Text size icon-size icon-size

11 noyabr 2011, 11:10

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi