İlham Əliyev Norveçin “Statoil” şirkətinin baş icraçı direktorunu qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
10 noyabr 2011, 16:10
Prezident İlham Əliyev Norveçin “Statoil” şirkətinin Baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.
“Statoil” şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, dövlətimizin başçısı ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Helge Lund təmsil etdiyi “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Azərbaycan Prezidenti “Statoil” şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə “Statoil” şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.