İlham Əliyev İsrailin milli infrastruktur nazirini qəbul etmişdir
Text size
10 noyabr 2011, 16:00
Prezident İlham Əliyev İsrail dövlətinin milli infrastruktur naziri Uzi Landaunu qəbul etmişdir.
Nazir Uzi Landau İsrail dövlətinin Prezidenti Şimon Peresin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, sənaye, infrastruktur sahələri ilə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident Şimon Peresin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail dövlətinin başçısına çatdırmağı xahiş etdi.