Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04 noyabr 2011, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını və xalqımızın mədəni-tarixi irsinin daha dərindən araşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 noyabr 2011-ci il.