logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elmar Şirinovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

03 dekabr 2019, 13:40

Möhtərəm cənab Prezident.

Azərbaycanlı olaraq qürur duyuruq ki, Sizin kimi dövlət başçımız var. Siz ümummilli liderimiz Heydər Əliyevin bizə yadigar qoyduğu layiqli davamçısınız. Sizin uğurlu siyasətiniz nəticəsində təhsil, mədəniyyət sahələri dinamik inkişaf edir. Hər il ölkəmizdə açılan yeni elm ocaqları Sizin təhsilə verdiyiniz böyük dəyərin nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da qayğısı sayəsində ölkəmizdə neçə-neçə təhsil müəssisələri tikilib, ən son dünya standartlarına uyğun avadanlıqla təchiz olunub və xalqımızın istifadəsinə verilib.

Cənab Prezident, ölkə təhsilinə göstərdiyiniz diqqətin bariz nümunələrindən biri də məktəblilər üçün təşkil olunan “Ölkəmizi tanıyaq” tur-aksiyasıdır. Bizim övladımız Ülkər Şirinli də bu tur-aksiyada iştirak etdi. Yüzlərlə şagirdə bəxş etdiyiniz sevincdən bizim övladımıza da pay düşdü.

Möhtərəm cənab Prezident, buna görə Sizə və Mehriban xanıma ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm. Övladımıza bu sevinci yaşatdığınıza görə qürur duyuruq. Ümid edirik ki, övladlarımız Sizin diqqət və qayğınız nəticəsində gələcəkdə ölkəmizə, Vətənimizə layiqli vətəndaş olacaqdır.

Dərin hörmətlə,

Şirinov Elmar Ağalar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi