Esmira Musayevadan, Sumqayıt, Azərbaycan


02 dekabr 2019, 19:30
Hörmətli cənab Prezident.
Noyabrın 21-də Sizin Sumqayıta səfəriniz və şəhərin 70 illiyinə həsr edilmiş tədbirdə iştirakınız biz sumqayıtlılar üçün ən böyük hədiyyə oldu. Vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş uzaqgörən siyasətiniz nəticəsində şəhərimizdə yeni sosial obyektlər – “Nizami” kinoteatrı, Muğam Mərkəzi tikilib, dənizkənarı bulvar genişləndirilib. İndi şəhərimizin siması daha gözəl və yaraşıqlı olub.
Hörmətli cənab Prezident, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar verdiyiniz bir sıra sərəncamlarınızı böyük sevinc və fərəh hissi ilə qarşıladıq. Şəhər stadionunun yenidən qurulması, “ASAN xidmət” mərkəzi və orta ümumtəhsil məktəbi üçün yeni binaların tikintisi, şəhərimizin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi, bir neçə sumqayıtlıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi çox təqdirəlayiqdir. Biz sumqayıtlılar Sizin böyük qayğınızı, sevginizi və diqqətinizi hər an görür və hiss edirik.
Əziz Prezidentimiz, şəhərimizə və sumqayıtlılara göstərilən etimada, qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz hər zaman Sizi və Sizin siyasətinizi dəstəkləyirik.
Sumqayıt şəhər 39 saylı uşaq bağçasının kollektivi adından hörmətlə,
Musayeva Esmira Hümbət qızı.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 9-cu mikrorayon.