logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şükufə Qənbərovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

02 dekabr 2019, 12:15

Möhtərəm cənab Prezident.

Bütün şəhid ailələri kimi, bizim ailəmiz Sizin böyük diqqət və qayğınızla əhatə olunub. Şəhid ailələrinə təyin edilən aylıq təqaüdün bu il verdiyiniz Sərəncama uyğun olaraq artırılması bizə göstərdiyiniz diqqətin daha bir bariz nümunəsidir. Sizin siyasətinizdə şəhid ailələrinin sosial və məişət şəraitinin yaxşılaşdırılmasının xüsusi yer tutduğunu görmək bizim sevincimizə səbəb olur. Şəhid ailələrinin problemlərinin həlli dövlətin ən ümdə vəzifələrindən biridir. Bunun nəticəsi olaraq şəhid ailələri yaraşıqlı, geniş və təmirli mənzillərlə təmin edilir.

Şəhid həyat yoldaşı olaraq Sizin tapşırığınıza əsasən bu il mənə də mənzil hədiyyə etdilər. Bu əlamətdar hadisə bütün ailə üzvlərimizi qürurlandırdı. Şəhid ailələri Sizin siyasətinizi dəstəkləyir və həmişə dəstəkləyəcəkdir.

Cənab Prezident, şəhid ailələri adından Sizə minnətdarlığımızı və sonsuz hörmətimizi bildirirəm. Sizə və ailənizə işlərinizdə müvəffəqiyyətlər, yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Qənbərova Şükufə Nəriman qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi