logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fazil Ellazovdan, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

30 noyabr 2019, 12:30

Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt, göstərdiyi siyasi yol əsasında Sizin rəhbərliyinizlə respublikamızda dinamik inkişaf gündən-günə sürətlənməkdədir. Müstəqillik illərində nəhəng quruculuq və abadlaşdırma işləri həyata keçirilmişdir. Bütün bölgələrimizdə olduğu kimi, vaxtilə Ulu Öndərimizin “kiçik bir Azərbaycan” adlandırdığı doğma Sumqayıtımızda da möhtəşəm tərəqqinin şahidiyik. İstər Ulu Öndərin, istərsə də Sizin dəfələrlə şəhərimizdə olmağınız, problemlərlə maraqlanmağınız, təklifləriniz, diqqət və qayğınız, şəhərimiz və onun sakinləri haqqında xoş sözləriniz bu tərəqqinin əsl təkanvericisi olmuşdur.

Cənab Prezident.

Bu günlərdə Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə şəhərimizə növbəti səfəriniz, yeni yaradılan obyektlərin açılışında iştirakınız, yeni abadlaşdırma və quruculuq işləri üçün maliyyə vəsaitləri ayırmağınız, müxtəlif sahələrdə çalışan əmək adamlarını, ziyalıları fəxri adlarla, müxtəlif mükafatlarla təltif etməyiniz biz sumqayıtlılara qayğının növbəti bariz nümunəsidir. Bütün bunlar bizi daha ürəkdən çalışmağa, Sizin etimadınızı doğrultmağa həvəsləndirir. Verdiyiniz dəyərə, qayğıya görə şəhər sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Ellazov Fazil Cavad oğlu

Əməkdar müəllim

Azərbaycan Respublikası, Sumqayıt şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi