“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
29 noyabr 2019, 19:08
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986; Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 6.3.3-1-ci maddə əlavə edilsin:
“6.3.3-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar və icazələr ilə bağlı bu Qanunun 8.1-ci maddəsində göstərilən məlumatları reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2019-cu il.