Elgün Hümbətovdan, Sumqayıt, Azərbaycan


29 noyabr 2019, 15:35
Möhtərəm cənab Prezident.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin başlatdığı inkişaf strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsinin məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələrdə olduğu kimi, idmanın da tərəqqisinə müsbət təsirini göstərib.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıt şəhərində də Olimpiya Kompleksi, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib.
Bu qayğının davamı olaraq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə imzaladığınız müvafiq Sərəncam şəhər ictimaiyyətinin, xüsusilə idmançıların sevincinə səbəb oldu. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sumqayıtın gəncləri və idman ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildirir, çiçəklənən respublikamızın inkişafında yeni-yeni uğurlar arzu edirik.
Dərin hörmətlə,
Hümbətov Elgün, Sumqayıt Şəhər Gənclər və İdmanın baş idarəsinin rəisi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.