logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərid Kərimlidən, Ağsu, Azərbaycan

Text size icon-size icon-size

27 noyabr 2019, 12:20

Möhtərəm cənab Prezident.

Bir şagird kimi çox şanslıyam ki, mən noyabrın 18-dən 21-dək “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində öz adət-ənənələri ilə fərqlənən Quba, Qusar və Xaçmaz rayonlarına səfər etdim və ekskursiyadan xoş xatirələrlə qayıtdım. Bu layihədə iştirak edən digər rayonların şagirdləri ilə tanış olmaq ən böyük arzularımdan biri idi.

Mən Quba, Qusar və Xaçmaz rayonları haqqında məlumatları kitablardan və digər mənbələrdən öyrənmişdim. Gəzinti zamanı bu yerlərin tarixi abidələrini ziyarət etdim, insanların adət-ənənələri, yaşayışı, məşğuliyyəti ilə tanış oldum, yeni tikilmiş turizm mərkəzlərini gördüm. Həqiqətən də biz şagirdlər çox xoşbəxtik ki, bu gözəl ölkədə yaşayırıq. Çünki Azərbaycanımızın hər bir yerində milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, hamı bərabər yaşayır.

Ölkəmiz inkişaf edir. Sizin Azərbaycan xalqı üçün yaratdığınız bu sabitlik və əmin-amanlıq biz şagirdləri daha da məsuliyyətli olmağa səsləyir. Biz ölkəmizi, dövlətimizi sevərək dərslərimizi yaxşı oxumalı və bütün işlərdə fəal olmalıyıq.

Hörmətli cənab Prezident, Azərbaycanımızın inkişafına və bizim üçün yaratdığınız bu şəraitə görə Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Kərimli Fərid Füzuli oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi