Könül Əliyevadan, Goranboy, Azərbaycan


26 noyabr 2019, 16:30
Hörmətli cənab Prezident.
Mən sadə kəndliyəm, aztəminatlı ailənin üzvüyəm. Sizin sayənizdə problemlərimiz həll olunur, güzəranımız ildən-ilə yaxşılaşır.
Sizin tapşırıq və göstərişlərinizə uyğun olaraq, dövlət qurumlarının rəhbər şəxslərinin yerlərdə vətəndaşlarla tez-tez görüşləri keçirilir, qəbulları təşkil olunur. Biz bu görüş və qəbullarda iştirak edir, öz sözümüzü, dərdimizi deyir, istək və arzularımızı bildiririk. Bunun nəticəsində narahatlıq doğuran bir çox məsələlər öz həllini tapmışdır. Ümumilikdə, bu işləri yüksək qiymətləndiririk. Ən əsası odur ki, dövlətimizin bizi diqqətdə saxladığını, vətəndaşları ilə daima maraqlandığını görürük.
Əziz Prezidentimiz, xalqımıza göstərdiyiniz qayğıya görə Sizə öz təşəkkürümü bildirirəm. Allah Sizə və Mehriban xanım Əliyevaya uzun ömür versin!
Hörmətlə,
Əliyeva Könül Qiyas qızı
Azərbaycan Respublikası, Goranboy rayonu, Yeni Yol kəndi.