logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qafar Seyidovdan, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

02 noyabr 2011, 13:00

Möhtərəm cənab Prezident!

Məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə özümü çox xöşbəxt sayıram və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu Sizin Bərdə rayonunun bütün kənd təsərrüfatı işçilərinə verdiyiniz yüksək qiymətdir. Bərdəlilər daim ulu öndər Heydər Əliyevə sədaqətli olmuşdular. Bu gün də sədaqətlidirlər. Hər bir bərdəlilinin qəlbində ulu öndərin xatirəsi qalmaqdadır. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın sayseçmə ölkəsinə çevrilmişdir. Xalqımızın dinc və firavan həyatı təmin olunmuşdur.

ütün xalqımız Sizinlədir. Bərdə rayonunun sosial-iqtisadi inkişafı, tikinti-abadlıq və quruculuq işlərinə görə Sizə minnətdarıq. Diqqət və qayğınızın sayəsində rayon sakinlərinin problemləri sürətlə həll olunur. Rayonumuz tanınmaz dərəcədə müasirləşir və gözəlləşir. Sizə vətənimizin çiçəklənməsi yolunda yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

“Tərəqqi” medalı ilə təltif olunduğuma görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Seyidov Qafar Nəsurulla oğlu.
Azərbaycan Respublikası, Bərdə rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi