Ülkər İskəndərovadan, Bakı, Azərbaycan


25 noyabr 2019, 15:10
Hörmətli cənab Prezident.
“Ölkəmizi tanıyaq” layihəsinin təşkili övladlarımıza Vətənimizin tarixini öyrətmək, təbiətini əyani göstərmək istiqamətində çox mühüm layihədir. Həmçinin bu tur-aksiya gənclərimizin dünyagörüşünün formalaşmasına müsbət təsir edir, təhsilin inkişafına töhfə verir. Gənclər ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatların müsbət nəticələr verdiyini əyani şəkildə görürlər.
Məhz bunun nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər bir-birinə təkan verir və vahid prosesə çevrilir. Məlumdur ki, gənclər bir millətin yaşamasının, dövlətin inkişafının təməl daşını təşkil edir. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Mənim qızım layihənin iştirakçısı olduğuna görə fərəhlənir. Bu iştirak digər şagirdlərə də ruh yüksəkliyi verir, onları oxumağa, səylə çalışmağa həvəsləndirir. İştirakçılar tur-aksiyadan yüksək əhval-ruhiyyə ilə qayıdıb, öz təəssüratlarını həvəslə bölüşürlər. Ölkəmizin gənclərinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm.
Hörmətlə,
İskəndərova Ülkər.
Azərbaycan Respublikası, Bakı şəhəri.