logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlkin Quliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

23 noyabr 2019, 14:00

Möhtərəm cənab Prezident.

Müasir dövlətimizin qurulmasında, ölkəmizin bugünkü inkişaf səviyyəsinə çatmasında böyük rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasından 27 il ötür. Bu illər ərzində Azərbaycan çox dəyişmişdir.

Mən 11-ci sinif şagirdiyəm. Ötən əsrin sonlarında baş verən hadisələrin canlı şahidi olmasam da, bu barədə oxumuşam və atamdan çox eşitmişəm. Atam həmişə deyir ki, əvvəllər Azərbaycan çox pis vəziyyətdə idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmiz çox dəyişdi, tərəqqi etdi.

Biz şagirdlər bu gün hər bir şəraiti olan məktəblərdə oxuyuruqsa, heç bir problemi düşünmədən dərslərimizlə məşğul oluruqsa, bunu Ulu Öndərimizə və Sizə borcluyuq, Cənab Prezident. Siz Azərbaycanı çox gözəlləşdirmisiniz və bundan da yaxşı olacağına inanırıq. Sizə işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Quliyev İlkin Maarif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi.-0-

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi